İTV sədri səsverməyə aydınlıq gətirdi

İTV  sədri səsverməyə aydınlıq gətirdi
  20 May 2013    Oxunub:1287
Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan tamaşaçılarının Rusiya təmsilçisinə verdiyi səslərin sayılması faktı ilə bağlı bəyanatla çıxış edib.
AzVision.az “AzərTac”a istinadən xəbər verir ki, bəyanatda bildirilir:

“Rusiya Azərbaycanla ümumi maraqları, ümumi insani dəyərləri və nəhayət ümumi tarixi olan ölkədir. Bu gün Azərbaycanla Rusiya arasında mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xaric ölkələri üçün nümunə ola bilər. Azərbaycanda çıxış edən, vokal və aktyorluq istedadları yüksək səviyyədə olan Rusiya yaradıcılıq birliklərinin anşlaqla baş tutur. Azərbaycan nümayəndələrinin də Rusiya auditoriyası qarşısında çıxışları bu cür qarşılanır. Rusiya tamaşaçılarının “Eurovision-2013” müsabiqəsində Azərbaycan təmsilçisinə verdiyi ən yüksək qiymət buna sübutdur”.

Bəyanatda qeyd edilir ki, verilən yüksək qiymət yalnız Rusiya tamaşaçısının ölkəmizin təmsilçisinin yaradıcılığını dəyərləndirməsinin nümayişidir: “İctimai televiziyanın milli mobil operatorlardan aldığı məlumatlara görə, Rusiya təmsilçisi Dina Qaripova SMS-səsvermənin nəticəsi olaraq ikinci yeri tutub və bu qeyd-şərtsiz Azərbaycanın milli səsverməsində Rusiyaya yüksək yekun səs verilməsini təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiya təmsilçisinin çıxışına yüksək qiymət verib. Azərbaycandan olan səslərin yekun hesablamasında Rusiyaya bir bal verilməməsi belə ciddi narahatlıq və heyrət doğurur. Bu mənada bu gün bir çox ictimaiyyət nümayəndələrinin, yaradıcı insanların bu faktdan narazılıq ifadə etməsini başa düşmək olar. Biz Rusiyanın bu il gözəl nömrə və güclü iştirakçı ilə çıxış etdiyi fikrini bölüşürük.

Hesab edirik ki, SMS səsverməsinin yekunu olaraq Azərbaycan tamaşaçılarının verdiyi yüksək qiymət, həmçinin milli münsiflər heyətinin dəyərləndirməsi elan olunan bala adekvat deyil. Səmimi qəlbdən inanırıq ki, müəyyən maraqlı qrupların törətdiyi bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”.


Teqlər:  





Xəbər lenti