Xəstələrimiz xaricə niyə göndərilmir?

Xəstələrimiz xaricə niyə göndərilmir?
  20 May 2013    Oxunub:1315
Nazirlik : “Xaricdə müalicə üçün 6134 nəfər müraciət edib”
Səhiyyə Nazirliyi yanında “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya”sına 2013-cü ilin əvvəlindən indiyənə kimi 6134 sənəd daxil olub. Bu barədə adıçəkilən komissiyanın sədri Nəsib Quliyev AzVision.az-a açıqlamasında deyib. Qeyd edib ki, bu qədər sənəd daxil olsa da, hələ müalicəyə göndərilən olmayıb.

“Ötən il komissiyaya 1093 nəfər sənəd verib. Onlardan yalnız 4-ü xaricə göndərilib.85 nəfər isə Ukraynananın Saki şəhərinə və Bolqarıstanın reabitasiya mərkəzlərinə sanatoriya müalicəsinə göndərilib. Qalan hallarda bütün xəstələrin Azərbaycanda ölkədaxili müalicəsi təmin olunub”

Nazirlik rəsmisi bildirib ki, komissiyanın işi gün-gündən azalır. Bu komissiyaya ehtiyac qalmır.
“Komissiyanın işi get-gedə azalır. İlkin illərə baxanda komissiyaya verilən sənədlərin sayı azalıb. Bu onunla bağlıdır ki, son on ildə səhiyyə mərkəzlərində çox geniş quruculuq işləri aparılır, yeni tibb məntəqələri yaradılıb. Uşaq kordo-cərahiyyəsi, uşaq onkologiyası uşaq urologiyası bu istiqamətdə çoxlu yeni müalicə avadanlıqları alındığına görə onların xaricə getməsinə ehtiyac qalmayıb. Bu səbəbdən də edilən müraciətlərin sayı azalıb”

Qurum rəsmisinin sözlərinə görə, bu il ərzində komissiyaya 6134 sənəd qəbul edilib: “Bu qədər sənəd daxil olsa da ölkədən kənara müalicəyə göndərilən yoxdur. Edilən müraciətlərin ölkədaxili müalicəsi olduğu üçün xaricə göndərilməyə ehtiyac qalmır. Hazırda da komissiyaya sənəd qəbulu davam edir.

“Göndəriş olanların əksəriyyəti orqan köçürülməsindən sonrakı vəziyyətlə bağlı olanlardır : “Orqan köçürülməsi və neyro cərahiyyə ilə bağlı əməliyyatlar var ki, bizdə müalicə mümkün olmayanda xaricə göndəririk. Xəstələri əsasən, müqaviləmiz olan ölkələrə, Türkiyə, Rusiya, Ukrayna İrana göndəririk. İyul-avqust aylarında bir qrup xəstə növbəti dəfə xaricə reabitasiya mərkəzlərinə göndəriləcək”

Nihadə Eyyubova
AzVision.az




Teqlər:  





Xəbər lenti