TQDK 10 şagirdin imtahan nəticələrini ləğv edib

TQDK 10 şagirdin imtahan nəticələrini ləğv edib
  20 May 2013    Oxunub:1311
Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, TQDK mayın 19-da rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

İmtahan bütün binalarda 13:00-da başlanıb və 45 dəqiqə ərzində aparılıb.

İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıbr.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitapçalarını dəyişdikləri üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti