Niyə Lavrov Əliyevi qane etmədi?

 Niyə Lavrov Əliyevi qane etmədi?
  17 May 2013    Oxunub:3809
Qəbələ RLS-in bağlanması bütöv bir epoxanın sonu oldu –Rusiyanın Azərbaycan torpaqlarındakı 200 illik hərbi mövcudluğu bitdi (1813-2013). Bu həqiqətən də tarixdir və biz tarixin şahidi olduq. Dağlıq Qarabağ üzərində nəzarətin müvəqqəti olaraq itirildiyini nəzərə almasaq (Qarabağa xaricivətəndaşlar, o cümlədən Rusiya hərbiçiləri rəsmi Bakının icazəsi olmadan gizli yolla, səfər edirlər) bundan sonra Azərbaycanda rus hərbiçiləri olmayacaq.

Bu gün Qəbələ RLS-in icarəsinin dayandırılması müxtəlif cür qiymətləndirilir. Bəziləri bunu icarə haqqının yüksək olması ilə əlaqələndirirlər. Lakin səbəb heç də göründüyü kimi bu qədər adi deyil. Elə vaxtlar olub ki, onlarla, hətta yüzlərlə milyon dollar Azərbaycan üçün astronomik bir rəqəm olub. Digər tərəfdən, əgər Ermənistan Rusiyanın 102-ci bazasını öz ərazisndə pulsuz olaraq yerləşdirməsinin əvəzində Moskvadan 3RK C-300 kompleksi ala bilirsə, nəyə görə həmin kompleksi Rusiyadan 300 milyon dollara satın alan Azərbaycan həmən Rusiyadan öz Qəbələ RLS-dən istifadə haqqı tələb etməsin?

Serqey Viktorıç, Hazırla!


Hesab edirik, hər bir səbəb öz-ölüyündə vəhdət təşkil edir. Bu vahidin elementlərindən biri də Bakının 2011-ci il martın 5-də Yenilənmiş Madrid Prinsipləri(Madrid 2) ilə bağlı danışıqara münasibətidir. O zaman Ermənistan prezidenti Serj Sərkisyan ilk dəfə açıq-aşkar şəkildə “Madrid- 2” prinsiplərinə etirazını bildirdi və onun həmkarı Dmitriy Medvedyev heç Sərkisyandan narazılığının səbəblərini soruşmadı da, gözlənilmədən üzünü Rusiyanın xarici işlər naziri Serqey Lavrova tutub dedi: “Nə edək, onda biz Serqey Viktoroviçdən xahiş edərik yeni təkliflər hazırlasın...”

Bununla da, bir dəqiqənin içərisində çox asanlıqla, həm də digər iki həmsədrin iştirakı olmadan, 7 illik zəhmət hesabına başa gəlmiş bir sənədi “zibilliyə atdılar”.

Hadisələrin tam təfərrüatlarından xəbərsiz olsaq da, Madrid prinsipləri ilə bağlı sənədin belə tez və asan bir şəkildə arxivə göndərilməsi bizdə belə bir şübhə yaratdı ki, Soçi görüşünün ssenarisi əvvəlcədən hazırlanıb və bu ssenarinin müəllifi heç də Yerevan deyil... Axı ən azından görüntü xətrinə olsa belə təccübünü göstərmək və ya maraqlanmaq lazım idi...“Madrid prinsiplərində erməniləri qane etməyən nədir axı?” Heç Serj Sərkisyanın sözü ağzında qurtarmamış, Dmitriy Medvedyev “Serqey Viktorıç ,hazırla!” komadasına əsasən öncədən hazırlanmış alternativ variant irəli sürdü.( Xırda istisnalarla Bakı Madrid prinsiplərini qəbul etdi)

Kolluqdakı royal kimi!

Təkliflər sonra (daha doğrusu qabaqcadan hazır idi) Serqey Lavrov tərəfindən hazırlandı və tərəflərə təqdim olundu. Lavrovun variantı Madrid prinsipləri fəlsəfəsinə tamamilə yad olduğuna görə, Azərbaycan tərəfindən qəbul edilmədi.

İlk növbədə ona görə ki, Madrid prinsipləri ilə müqayisədə S.Lavrovun təklifi adi bir sənədi idi. Bu sənədə nəinki 10, hətta 100 düzəliş etmək olardı.

İkincisi isə, “yeni paket”in hazırlamasında 3 həmsədrin üçü də iştirak etməyib. Sadəcə həmsədrlərin təyyarəsini “oğurlayıb” onun yeganə “pilotu” olmaq istəyən Moskvanın təkliflərindən ibarət idi.

Üçüncüsü isə, Lavrovun sənədinin məğzi Ermənistanın etiraz etdiyi yenilənmiş Madrid prinsiplərindən o qədər fərqlənirdi ki, Bakı da öz hüquqlarından istifadə edərək, çox asanlıqla ,Yerevan ”Madrid -2”ni qəbul etmədiyi kimi öz etirazını bildirə bilərdi. Lakin Bakı bunu etmədi, bəyan etdi ki, bəzi düzəlişlər edilməsi şərtilə təklif olunan sənəd çərçivəsində danışıqları davam etdirməyə hazırdır.

Nalbandyanın “quş”u

Elə bundan sonra da Ermənistanın gözdən pərdə asmaq cəhdləri və ağ yalan axını başladı. Azərbaycan “Kazan” sammitini pozmaqda günahlandırıldı, əslində isə sammitin uğursuzluqla nəticələnməsinin əsas səbəbi “lavrov sənədi” idi. Bakı bu sənədi heç vaxt qəbul edə bilməzdi! Azərbaycan uzun müddət ona qarşı irəli sürülən əsassız ittihamlara cavab vermədi, bu isə öz növbəsində erməni politoloqu Anuş Levonyanı əsl ermənisayağı iddialar yürütməyə daha da həvəsləndirdi -“əgər Bakı Kazan Sammitini pozduğunu və “son anda” həmsədrlərin adından 10 təklifin sənədə əlavə etdiyini danırsa, deməli elə “qeyri-konstruktiv” tərəf elə Bakının özüdür...” (bax: https://azvision.az/redirect.php?url=http://regnum.ru/news/1597126.html).

Aydındır ki, erməni müəllif Vladimir Kazimirov kimi, sadəcə olaraq pərdəarxası intriqalardan xəbərsizdir, ona görə də belə məntiqsiz fikirlər irəli sürür.
Bununla yanaşı azərbaycanlı diplomatların erməni həmkarlarının fikirlərinə qarşı səssiz qalmaları deməyə sözləri olmadığından və ya ermənilərin haqlı oludğundan deyil, sadəcə əsl “centlmenlər” kimi danışıqlar prosesinin detallarını açıqlanmaması prinsiplərinə sadiq qaldıqlarındadır.

Lakin Ermənistan tərəfi vədinə xilaf çıxaraq “ağzından quş uçurur”. Bu da azmış kimi həmin “quş”un qanadlarını yalanları ilə “bəzəyir”.

2011-ci ilin yanvar 14-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mətbuat konfransında gözlənilməz bəyanat səsləndirib ki, Ermənistan guya Madrid prinsiplərini qəbul edir. “Bu gün danışıqlarda Madrid sənədində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən üç prinsip və altı normaya toxunulacaq” - Nalbandyan bildirib. O, eyni zamanda, vurğulayıb ki, Ermənistan bu prinsipləri danışıqların əsası hesab edir və onların bütövlüyünü tanıyır. Yəni, “hə” deyir.

Yalandır! Məlum olub ki, prezident Soçi şəhərinin “Qırmızı Tala” iqamətgahında bağlı qapılar arxasında Nalbandyanın “hə” söylədiyini inkar edərək “yox” deyib. Nalbandyan bildirib ki, guya Azərbaycanın 2010-cu ilin yanvarın 25-də “Madrid-2” paketinin qəbulu barədə xəbəri Yerevanı bu barədə iki həftə düşünməyə vadar edib. Yeri gəlmişkən, Nalbandyanın məntiqsiz bəyanatını həm erməni jurnalistləri (https://azvision.az/redirect.php?url=http://www.memo.ru/hr/hotpoints/caucas1/msg/2011/01/m237635.htm), həm də azərbaycanlı ekspertlər təhlil ediblər (https://azvision.az/redirect.php?url=http://www.1news.az/politics/20110117054717689.html).

Keçən ilin dekabrında Dublində baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı Nalbandyan `Azərbaycanın Kazan danışıqları zamanı “vasitəçilər”in təklifinə etiraz etdiyini` deməklə növbəti dəfə yalan danışıb (sanki `Lavrov` sənədi həmsədrlərin hər üçü tərəfindən hazırlanıbmış kimi “vasitəçilər” sözünü cəmdə işlədib)(https://azvision.az/redirect.php?url=http://www.mfa.am/en/speeches/item/2012/12/06/osce2012_dub_min_sp/).

Soçinin “Qırmızı tala” iqamətgahında müəyyən istisnalarla Azərbaycan tərəfindən qəbul edilən və Ermənistan tərəfindən birmənalı şəkildə imtina edilən yenilənmiş Madrid prinsipləri barədə Soçidə üç prezidentin (2011-ci il) mart görüşündə Nalbandyan susub. O həmçinin `Lavrov` sənədinin vasitəçilərin deyil, yalnız Rusiyanın təklifi olması barədə də heç bir söz deməyib. O, Kazanda Azərbaycan tərəfinin irəli sürdüyü 10 düzəlişin “təklif” deyil, əks-təklif olması barədə danışıb- Bu sənədə daxil edilən, indiyədək müzakirə edilməyən və tamamilə yeni olan əks təkliflərdir-deyib.

Sülhməramlılıq və osetinləşdirmə

Kazan görüşündən bir gün sonra çıxışı zamanı Edvard Nalbandyan söyləyib ki, guya “ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilmiş əsas prinsiplərin son variantını” Azərbaycan qəbul etməyə hələ hazır deyil (https://azvision.az/redirect.php?url=http://www.panarmenian.net/eng/news/73233/). Bu cür “Lavrov sənədi” heç vaxt olmayıb, çünki o qeyd edildiyi kimi yalnız Moskva üçün təşkil edilib və məntiqi cəhətdən yenilənmiş Madrid prinsiplərinə uyğun gəlmir. Bu, Bakını məlum səbəblərdən qane etməyən tamamilə yeni təklif idi.

Yeni sənədin Bakını qane etməməsi Qarabağ münaqişəsinin “osetinləşdirilməsi” təhlükəsi ilə bağlı deyil. Birincisi, sənəd beynəlxalq sülhməramlıların Rusiya sülhməramlıları ilə əvəzlənməsini nəzərdə tuturdu. Sənəddə, hətta Robert Koçaryanın `ərazi statusu müəyyən olunduqdan sonra Dağlıq Qarabağa azərbaycanlıların qayıtmasını nəzərdə tutan` təklifi köhnə hesab olunub (yəni azərbaycanlıların iştirakı olmadan statusun müəyyən olunması, faktiki olaraq onları işğalçıya çevirir), 1988-ci ilin başlanğıcında erməni-Azərbaycan demoqrafik nisbətini nəzərə alaraq Dağlıq Qarabağa qayıdan azərbaycanlıların (təklif ilk dəfə 2006-cı ilin dekabrında Koçaryan tərəfindən irəli sürülüb) maksimal sayı göstərilib, Dağlıq Qarabağın statusundan asılı olaraq Laçın dəhlizindən istifadənin parametrlərinin müəyyənləşdirilməsi daxil olmaqla Dağlıq Qarabağın statusu məsələsinin həlli ilə Kəlbəcər və Laçının azad olması ilə əlaqələndirilib və laçınlıların dəhlizin şimal və cənubunda yerləşən müəyyən yaşayış məntəqələrə qayıtması məsələsi praktik olaraq həll olunmamış qalıb.

Kazan görüşündə o, Azərbaycanı 10 “gözlənilməz” yeni təklifi irəli sürməkdə ittiham edərək “qeyri-konstruktiv” tərəf adlandırmamalı, ümumiyyətlə, sənədi birtərəfli müzakirə etməməli idi. Bunula yanaşı, üç həmsədrin birgə hazırladığı yenilənmiş Madrid prinsiplərinə etiraz etmək və bu qərarını izah etməkdən çəkinmək erməni diplomatiyasının həyasızlığının ən yüksək səviyyəsidir.

Buna görə də, Strasburqda Kazan görüşü öncəsi Serj Sərkisyanın danışıqlara “yüksək əhval-ruhiyyədə” qatılacağını deməsi heç də təəccüblü deyil (https://azvision.az/redirect.php?url=http://www.aze.az/news_serj_sarqsyan_edu_60895.html). O yaxşı bilirdi ki, Bakı `Lavrov` sənədini heç vaxt qəbul etməyəcək və üç həmsədr tərəfindən hazırlanmış Yenilənmiş Madrid Prinsiplərinə sadiq qalacaq.

“Kazan danışıqları”, Soçidə 2011-ci ilin mart görüşü çərçivəsində Medvedyevin “Hazırla” əmrinə əsasən Ermənistanla Rusiyanın hazırladığı birgə plandır. Moskvanın niyyəti digər 2 dövlətin həmsədrini sıxışdırmaq, öz sülhməramlılarını yerləşdirmək və öz milli maraqlarına uyğun olaraq münaqişəni “osetinləşdirməkdir”. Buna görə də, iki əsrlik müddətdə Azərbaycan ərazisində yerləşdirilmiş Rusiyanın hərbiçilərinin ölkədən çıxarılmasına səbəb olacaq məşhur “Hazırla” planından sonra ölkələrarası münasibətləri daha da soyuqlaşdırıb.

Vladimir Kazimirova isə əvvəlcədən xəbərdar edilməmiş danışıqların detalları barədə yazmağı məsləhət görmürük. O çoxdan oyundan kənardadır və əldə etdiyi məlumatların yeganə mənbəyi KİV-lərdir. Həmin KİV-lər isə, xüsusilə erməni REQNUM-u E.Nalbandyanın söylədiklərini dərc edir. Vladimir Nikolayeviç – Sizin həqiqətən də bağlı qapılar arxasında baş verənlərdən xəbəriniz yoxdur. Sizin rəyiniz göz qabağındadır.

E.Nalbandyana isə yalan danışmağı məsləhət görmürük. Faktları təhrif etmək lazım deyil. Yoxsa, Robert Koçaryanın Rambuyedə ayaqyoluna çəkilməklə danışıqlardakı davranışının bəzi biabırçı məqamlarını xatırlatmaq lazım gələcək (məsələn, Astarxan sammitində “meyit” mövzusu və Sərkisyanın həyasızlığı D.Medvedyevi və başqalarını şoka salmışdı). Çox güman ki, Manvel Saribekyanın qohumları, Qarabağda müharibə illərində meyit taciri olmuş prezidentlərinin Astarxanda abırsız fikirlərindən məmnun qalmazdılar.

Ona görə də, Nalbandyan, az yalan danışın! Cənab Kazimirov siz isə bixəbər olduğunuz məsələləri şərh etməyə son qoyun.

Emin Abdulla / haqqin.az

tərcümə: Səbinə Həsənova
Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti