ABŞ və yapon səmalarında “Rus ayısı” təhlükəsi

ABŞ və yapon səmalarında “Rus ayısı” təhlükəsi
  18 Fevral 2013    Oxunub:2783
"Washinqton Free Beacon" saytından verilən məlumata görə, nüvə silahı daşımaq qabiliyyətinə malik olan 2 ədəd Tu-95 təyyarəsi ABŞ aid Guam adasına kimi irəliləyib.
Rus Guamdakı Andersen hərbi hava qüvvələri radarları 2 ədəd "Rus ayı"sı kimi tanınan bu təyyarələri təsbit edən kimi F-15 təyyarələrini havalandırıb. Adanın ətrafında fırlanan rus təyyarələri ilə ABŞ təyyarələri arasında qısa müddətli gərginlik yaşanıb. Amerikalı nümayəndələr hava gərginliyində rus təyyarələrinin "profesional" davrandığını və bunun nəticəsində heç bir problemin yaşanmadığını deyib.
Mütəxəssislər "Heç bir gərginliyə təhrik edən amil yaşanmadı amma biz yaxşı tədbir almışdıq" deyiblər. Təyyarələrin nüvə silahı daşıyıb daşımadığı sualına isə "bunu heç vaxt bilə-bilmərik" deyiblər. Rus təyyarələrinin geri qayıdan zaman Yaponiya səmalarına yaxın yerdən keçdiyini və yaponların da təhlükəsizliyi təmin etmək üçün tədbirlər gördüyü deyilib.


Teqlər:  





Xəbər lenti