Ermənilər Kerridən əl çəkmirlər

Ermənilər Kerridən əl çəkmirlər
  17 Fevral 2013    Oxunub:2434
Amerikadakı erməni komitəsi tez bir zamanda Con Kerri ilə görüşmək istəyir
Amerikanın milli erməni komitəsi ABŞ-ın yeni seçilmiş baş katibi Con Kerrini tezliklə bu ölkədəki erməni təşkilatları ilə görüşməyə çağırıb. ANS PRESS-in məlumatına görə, ermənilər bu görüşü 24 aprel qondarma erməni soyqırımının ildönümünə qədər reallaşdırmağa tələsirlər.

Bu məqsədlə hətta ermənilər Con Kerriyə rəsmi məktubla müraciət ediblər. Fevralın 14-də göndərilən məktubda ilk növbədə Con Kerriyə yeni vəzifəsi münasibəti ilə bütün ermənilərin təbrikləri çatdırılıb.

Sənəddə erməni icmasının mütəmadi olaraq ABŞ Dövlət Departamenti ilə müzakirə etdiyi Ermənistan-Amerika xarici siyasi problemləri geniş aspektdə işıqlandırılıb. Ermənilər Kerrinin hələ Senatda işlədiyi dövrdə ustalıqla irəli sürdüyü bütün məsələlərlə bağlı indi də hərtərəfli əməkdaşlığın davam etdirəcəyinə inandıqlarını vurğulayıblar. Məktubda daha sonra xüsusi olaraq Ermənistan-Amerika münasibətləri, qondarma Dağlıq Qarabağ respublikası, Suriyada olan ermənilərin təhlükəsizliyi və Türkiyənin uydurma erməni soyqırımı məsələsini tanınmaq üçün ABŞ-ın ağzını susdurmaq siyasətinə son qoyulacağına ümid etdiklərini bildiriblər.


Teqlər:  





Xəbər lenti