"Azəriqaz" gəncləri işə dəvət edir

"Azəriqaz" gəncləri işə dəvət edir
  09 May 2013    Oxunub:1332
“Azəriqaz” müsahibə yolu ilə işçi qəbulu elan edir.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Xəzər qaz istismarı Sahəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.

Namizədlərə tələblər:
* Həqiqi hərbi xidmət keçmiş;
* Yaşı 30-dan yuxarı olmamalı;
* Fiziki cəhətdən sağlam;
* İnsanlarla xoş ünsiyyət yarada bilən;
* İradəli;
* Nizam-intizamlı;
* Çevik olmalıdır.

Arzu edənlər 14,15 may 2013-cü il tarixlərdə saat 10:00-dan 13:00-dək Birliyin kadr seçimi üzrə komissiyasına müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi 23. Əlaqə telefonu: 012-521-22-61 (Kadrlar şöbəsi)

Tələb olunan sənədlər:
* Şəxsiyyət vəsiqəsi;
* Əmək kitabçası;
* Hərbi bilet;
* Diplom və ya attestat;
* 2 ədəd 3×4 ölçüdə rəngli şəkil



Teqlər:





Xəbər lenti