Vasif Talıbov yeni təyyarəyə baxış keçirib

Vasif Talıbov yeni təyyarəyə baxış keçirib
  09 May 2013    Oxunub:2111
Fransa istehsalı olan geniş gövdəli bu təyyarə 237 sərnişin tutumuna malikdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “AİRBUS A340-500” təyyarəsi ilk uçuşunu Naxçıvan Muxtar Respublikasına həyata keçirib. AzVision.az xəbər verir ki, Bakıdan havaya qalxan təyyarə, bir saatdan sonra Naxçıvan Hava Limanına çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yenidənqurma layihəsinə və yeni təyyarəyə baxıblar.

Məlumat verilib ki, Fransa istehsalı olan geniş gövdəli bu təyyarə 237 sərnişin tutumuna malikdir. Uzunluğu 67, hündürlüyü 17, qanad açıqlığı 63 metr, sürəti saatda 885 kilometr olan təyyarədə ən müasir cihaz və aparatlar quraşdırılıb. Uzaq mənzilli uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulan 4 mühərrikli təyyarə bir dəfəyə 16 min kilometr məsafə qət etmək qabiliyyətinə malikdir.

Qalereya




Teqlər:  





Xəbər lenti