Körpüyə çıxan şəxsə 2 ay həbs
Qeyd edək ki, F. Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.
Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib. Bundan sonra F. Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.
F. Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərib