Bakıda sevgi dramı - Qaçırdığı qıza görə intihar etdi

Bakıda sevgi dramı - Qaçırdığı qıza görə intihar etdi
  04 Dekabr 2014    Oxunub:2487
Dekabrın 2-də Hövsanda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, dekabrın 2-də Hövsan qəsəbəsində 26 yaşlı oğlanın özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. İlkin araşdırmalardan sonra intihar edən Cavid Əmirovun gərgin psixoloji sarsıntının təsiri altında bu əməli törətdiyi məlum olub.

Bildirilir ki, C.Əmirov hadisədən bir neçə gün əvvəl sevdiyi qızı qaçırıb. Qızın ailəsi bu izdivaca razı olmadığından onlar belə bir seçim ediblər və Cavid sevdiyi qızı ailəsinin yanına gətirib. Lakin gənc oğlanın ailəsi onun qız qaçırmasını qəbul etməyiblər və onların evlənməsinə qarşı çıxıblar. Bundan sonra qız atası evinə qayıdıb.

Baş verənlər C.Əmirovun depressiyaya düşməsinə səbəb olub və o, Hövsan qəsəbəsində yaşadığı nömrəsiz evin həyətində özünü asaraq intihar edib.


Teqlər:





Xəbər lenti