Qubaya güclü qar yağdı - yollarda problem var
Quba Regional Hidrometrologiya Müəssisədindən verilən məlumata görə, ən çox qar Xınalıq, Buduq, Qırız, Ləzə və Xaltan kəndlərində müşahidə olunub. Temperatur isə mənfi 10 dərəcəyə enib. Hazırda bir sıra kəndlərə gedən enişli-yoxuşlu hissələrində müəyyən problemlər yaranıb. Bildirilib ki, bu cür hava dekabrın 4-dək davam edəcək. (Ans)