Kürdəmirdə faciə: 3 yaşlı oğlan bacısını güllələdi - VİDEO
Bildirilir ki, azyaşlıların atası Elnur Məmmədov mütəmadi olaraq həyətə soxulan çaqqalı vurmaq üçün tüfəngi doldurub və stolun üstünə qoyub. Axşam saatlarında otaqdan çıxan E.Məmmədovun 3 yaşlı oğlu silahı götürüb və ehtiyatsızlıqdan atəş açılıb.
Olayla bağlı məlumat hüquq-mühafizə orqanlarına azyaşlı qız dəfn olunduqdan sonra – bu gün daxil olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Teqlər: