Bakıda polis hərəkətə keçdi
Artıq bu körpünün adı “intihar körpüsü” kimi çəkilir. Bu körpüdə intihara cəhd halları bu ilin yanvarından başladı. Burada intihara ilk cəhdi yanvarın 4-də 27 yaşlı Rəfael Hümbətov etmişdi. Özünü körpüdən atan gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı. Körpüdəki intiharlar da elə bu hadisədən sonra başladı. Elə Qarabağ qazisi Zaur Hüseynovun özünü yandıraraq intihar etməsindən sonra ölkədə başlayan alovlu intiharlar kimi. Bu hadisədən sonra da ölkədə özünü yandıraraq intihara cəhd edənlərin sayı artmışdı. İndi isə intihara cəhdin “körpüyə çıxmaq” üsulu dəbə düşüb. “İntihar körpüsü”ndəki intihar cəhdləri: 31 iyul - Yusif Əmirov 21 avqust - Fəqan Nəsibov 4 oktyabr - İlkin Abbasov 26 noyabr - Şəhriyar Şahmarov 28 noyabr - Nizami Musayev 2 dekabr - Zamiq İbrahimov. Adlarını qeyd etdiyimiz şəxslərin hər biri intihar məqsədi ilə körpüyə çıxsa da sonradan bu niyyətlərindən çəkiniblər.
Onlar FHN psixoloqları tərəfindən fikrindən daşındırılıb. Qeyd edək ki, bu şəxslərin intihara cəhdlərinin səbəbi kredit borcları, işlə bağlı problemləri, ailə münaqişələri və digər sosial məsələlər idi. İntihara cəhd edən şəxslərin niyə məhz bu yeri seçməsinin əsas səbəbi körpünün paytaxtın ən işlək və önəmli magistral yolunun üstündə olmasıdır. Bu yol bir neçə dəqiqəliyə bağlananda və ya orada hərəkət məhdudlaşdırılanda minlərlə maşın tıxacda qalır. Yolun bağlanması bütün ölkə gündəmini bir anda zəbt edir. Bir sözlə, özünə, öz probleminə ictimai diqqət çəkmək istəyən şəxslər məhz bu körpünü seçir. Probelmini dilə gətirir, sonra isə psixoloqlar tərəfindən fikrindən daşındırılır...
AzVision.az