Millət vəkili Prezident təqüdçülərilə görüşüb

Millət vəkili Prezident təqüdçülərilə görüşüb
  03 Dekabr 2014    Oxunub:2263
Bu gün, millət vəkili Çingiz Qənizadə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında Prezident təqaüdçüsü olan 50 nəfərə yaxın tələbə ilə görüş keçirib.

Həmin görüş Prezident təqaüdü alan tələbələrin təşəbbüsü ilə təşkil edilib.

Ç.Qənizadə tələbələr qarşısında çıxış edərək Milli Məclisin fəaliyyəti, qanunvericilik qaydaları, qəbul edilmiş bir çox qanunlar, qanunlara edilmiş əlavə və dəyişikliklər haqqında və s. barədə ətraflı məlumat verib, bəzi qanunlarda olan boşluqların aradan qaldırılması istiqamətində parlamentarilərin mütəmadi olaraq qanunverici təşəbbüslərlə çıxış etdiyini qeyd edib.

Sonra isə millət vəkili tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.


Teqlər:





Xəbər lenti