`Bu il 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib`-Həzi Aslanov

`Bu il 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib`-Həzi Aslanov
  02 Dekabr 2014    Oxunub:1771
Bu ilin 9 ayı ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bu gün DİN-də keçirilən kollegiya iclasında
məlumat verib.

O bildirib ki, Nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.
Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2445, o cümlədən satışı ilə bağlı 634 fakt aşkarlanıb, 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 532 kiloqramdan çox narkotik vasitə, o cümlədən 90,7 kiloqram tiryək, 32,8 kiloqram həşiş, 370 kiloqrama yaxın marixuana, 14,6 kiloqram heroin, 25 kiloqram digər vasitələr götürülüb. Eyni zamanda, 44 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 212,5 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Həmin hüquqazidd əməllərə görə 1824 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

AzVision.az




Teqlər:  





Xəbər lenti