Vəziyyəti pisləşən televiziya işçisi təcili Belorusa aparıldı

Vəziyyəti pisləşən televiziya işçisi təcili Belorusa aparıldı
  01 Dekabr 2014    Oxunub:1757
Tanınmış teleoperator, ürək çatışmazlığından əziyyət çəkən 34 yaşlı Cavid Əliyev ötən gün səhhətində yaranan kəskin ağırlaşma nəticəsində təcili olaraq Belorus Respublikasına aparılıb.

Televiziya işçisi Belorusun Orqan Transplantasiyası İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. Bir müddət əvvəl həmin institutda müayinə olunan Cavid Əliyevə ürək nəqlinin vacibliyi vurğulanmışdı. Lakin maddi durumla əlaqədar teleoperator Bakıya qayıtmışdı.

Qeyd edək ki, Cavid Əliyevin ürək transplantasiyası üçün tələb olunan 100 min manat məbləği yığmaq üçün televiziya əməkdaşları, dostları və ictimaiyyət nümayəndələri xeyriyyə kompaniyasına başlamışdılar. Televiziya işçisinin təcili əməliyyata ehtiyacı olması barədə KİV-də yayılan xəbərlərdən, edilən müraciətlərdən dərhal sonra həmkarıları, dostları və bir sıra millət vəkilləri Cavid Əliyevə yardım kompaniyasına qoşulmuşdular.

Cavidin yaşaması üçün - əməliyyat olunaraq yenidən normal həyata dönməsi üçün səfərbər olaq! Gəlin həmkarımızın həyatla ölüm dirim mübaizəsi apardığı bir zamanda onun yanında olaq, ona dəstəyimizi əsirgəməyək!

Azərbaycan Beynəlxalq Bankında açılan hesab nömrəsi:

Əliyev Cavid Nizami oğlu
Müştəri hesab nömrəsi: AZ68IBAZ33801019441803347206

Azərbaycan Beynəlxalq Bankı ASAN1 şöbəsi
Bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944


Teqlər:





Xəbər lenti