Bağçada körpə qıza mənəvi işgəncə - VİDEO
Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.
Məsəyə münasibət öyrənmək üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Sektorunun müdiri Nərminə Alnağıyeva ilə əlaqə saxladıq. O bildirdi ki, məkəbəqədər təhsil müəssisələrində tabeçilik qaydası dəyişdirildiyi üçün orada baş verənlərlə bağlı Təhsil Nazirliyi cavabdeh deyil. Paytaxtdakı bütün uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinə tabe olduğunu bildirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov isə bildirib ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.