Bakının düzəlməyən `istilik dərdi`...
Xidmət rəisinin sözlərinə görə, kiminsə mənzilində problemi varsa, bu qazanxana ilə bağlı deyil:
“Problemi olan şəxslər fərdi qaydada müraciət etsin və onların problemini araşdıraq. Amma bu gün “Azəristiliktəchizat”ASC-nin qazanxanalarla bağlı heç bir problemi yoxdur. Kimdəsə daxili problemlər ola bilər. Kimsə inanmırsa gəlsin 540 qazanxananın siyahısını təqdim edək və bizə hansı qazanxanada problem olduğunu desin”-deyə qurum rəsmisi vurğulayıb .
Xatırladaq ki, həyata keçirilən tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən payız-qış mövsümündə 540 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir ki, onların da vasitəsilə 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub.
Anar Kəlbiyev