Zabitimizin ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Zabitimizin ölüm faktı ilə bağlı cinayət işi başlanıb
  04 May 2013    Oxunub:1135
Respublika Hərbi Prokurorluğu Bakıda meyiti tapılan zabitin ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Mehman Musayevin ölüm faktı ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla meyitin daxili və xarici müayinəsi həyata keçirilib və müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə dünən səhər saatlarında qeydə alınıb.

Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən dünən səhər polisə məlumat verilib.

Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və axtarışlara başlanıb.

Ötən gün səhər saatlarında itkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin meyiti tapılıb. Mərhumun meyiti “Şəfa” stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti