Sabah əsl yay havası olacaq

Sabah əsl yay havası olacaq
  04 May 2013    Oxunub:1307
Havanın temperaturu gecə 11-16°C, gündüz 28-33°C, dağlarda gecə 8-13°C, gündüz 18-23°C, bəzi yerlərdə 26 dərəcəyədək isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sabah mayın 05-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17°C, gündüz 25-29°C, bəzi yerlərdə 31 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə mayın 05-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16°C, gündüz 28-33°C, dağlarda gecə 8-13°C, gündüz 18-23°C, bəzi yerlərdə 26 dərəcəyədək isti olacaq.


Teqlər:  





Xəbər lenti