Mikayıl Cabbarov: “Bu barədə danışmaq tezdir”

Mikayıl Cabbarov: “Bu barədə danışmaq tezdir”
  04 May 2013    Oxunub:1148
“Təhsil sahəsində, o cümlədən dipmlomların tanınması sahəsində qanunun tələbləri ali tutulacaq”.
“Azərbaycan Respublikasının təsdiq olunmuş «2020-Gələcəyə baxış konsepsiyası» var və Təhsil Nazirliyinin bütün işləri bu sənəd çərçivəsində həyata keçiriləcək”. AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O daha sonra xaricdə təhsil alanların diplomlarının tanınması məsələsinə də toxunub və bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün prosedurlar həyata keçiriləcək. “Təhsil sahəsində, o cümlədən dipmlomların tanınması sahəsində qanunun tələbləri ali tutulacaq”.

Təhsildə olan problemlərdən danışan nazir bildirib ki, bu gün çıxışında bu məsələlərə toxunub. O, bu gün bu məsələ barədə tam fikir bildirməyin çox erkən olduğunu deyib.

Anar


Teqlər:  





Xəbər lenti