Alsunun Bakıda çəkdirdiyi yeni klipi– VİDEO

Alsunun Bakıda çəkdirdiyi yeni klipi– VİDEO
  12 Noyabr 2014    Oxunub:6864
Rusiyanın musiqi kanalı “Ru TV”-də ölkə estradasının ulduzu Alsunun Bakıda çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, Bakıda çəkilən klipin rejissoru Mariya İbrahimovadır.

Qeyd edək ki, bu Alsunun Bakıda çəkdirdiyi dördüncü klipdir. Klip müğənninin Rusiyanın birinci kanalında “Qolos” layihəsindən məşhurlaşan Noellə birgə oxuduğu “Lyubov” mahnısına çəkilib.

Klip çəkilişləri Bakıda yerləşən İncəsənət Muzeyində həyata keçirilib.

AzVision.az həmin videonu sizə təqdim edir:



Alsunun Bakıda keçirilən digər klipləri bunlardır: “Pıl bolşoy doroqi”, “Net tebya doroe” və “Ostansiya”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti