Bakıda `06`ya dəfn mərasimi təşkil olundu - VİDEO

Bakıda `06`ya dəfn mərasimi təşkil olundu - VİDEO
  08 Noyabr 2014    Oxunub:2589
Bakıda bir qrup "avtoş" “Jiquli”ni yudurdub, kəfənləyib, avtomobil qəbiristanlığında “dəfn ediblər”.
AzVision.az xəbər verir ki, avtosfer.az saytı sosial şəbəkələrdə yayılan maraqlı video əldə edib.

Videoda müxtəlif markalardan avtomobillərin “söhbəti” əks olunub. Bakılı “avtoş”ların hazırladığı videorolikdə guya avtomobillər danışır.

Onlar “VAZ-2106” markalı avtomobilə dəfn mərasimi keçirirlər. Maşını yudurdub, kəfənləyib, avtomobil qəbiristanlığına aparırlar. Burada da özünəməxsus şəkildə dəfn mərasimi keçirirlər. Videoda əksini tapan maraqlı məqam budur ki, “Mersedes” markalı avtomobilin üzərinə Dövlət Yol Polisi avtomobillərindəki etiketlər yapışdırılıb.

Bu isə qanunsuz əməldir.

Hər halda, gənclərin gülmək üçün hazırladığı bu videoda köhnə avtomobillərin istismardan yığışdırılmasına bir çağırış var. Bunu müsbət dəyərləndirmək olar. Amma qaydalara əməl etsəydilər, daha yaxşı olardı. Bütün hallarda, DYP-nin etiketlərindən istifadənin hansı yolla həyata keçirildiyi araşdırılmalıdır.




Teqlər:





Xəbər lenti