“Orduda hər şey ideal deyil” - Müdafiə Nazirliyi

“Orduda hər şey ideal deyil” -   Müdafiə Nazirliyi
  03 May 2013    Oxunub:1126
Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar Qazax rayonu istiqamətində neytral ərazidə minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı maraqlı faktı aşkarlayıb.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində keçirdiyi mətbuat konfransında bildirib ki, nazirliyin əldə etdiyi məlumata əsasən, Qazax rayonu istiqamətində neytral ərazidə minaya düşən vətəndaşlardan biri yaralı olsa da, ermənilər onu əzab, işgəncə ilə öldürüblər.

Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində ehtiyatsızlıqdan baş verən ölüm halları ilə bağlı sualı cavablandıran E. Sabiroğlunun sözlərinə görə, Azərbaycan ordusunda hər şeyin ideal səviyyədə olduğunu iddia etmək olmaz:

“Hazırda bütün tədbirlər orduda vəziyyətin daha da yüksəldilməsinə və inkişafına xidmət edir. Bununla yanaşı, ehtiyatsızlıqdan baş verən cinayət hallarına görə məsuliyyət daşıyanlar öz layiqli cəzalarını alırlar”.


Teqlər:  





Xəbər lenti