Heydər Əliyev Prokurorluqda anıldı

Heydər Əliyev Prokurorluqda anıldı
  03 May 2013    Oxunub:4270
Masallı rayon prokuroru Fikrət Əsgərov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər Heydər Əliyev irsi, onun həmişəyaşar ideyaları, Azərbaycan dövləti və xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlər barədə çıxış ediblər.


Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına müvafiq olaraq Baş Prokurorluq tərəfindən mayın 2-də Masallı rayon prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bölgə prokurorluqları əməkdaşlarının, həmçinin Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədrinin iştirakı ilə seminar-məşğələ keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edərək rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.

Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov Azərbaycan xalqının tarixində və taleyində silinməz iz qoyan böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, dövlət quruculuğu istiqamətində əldə edilmiş yüksək nailiyyətlər, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, həmçinin Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə geniş məruzə ilə çıxış edib.
Masallı rayon prokuroru Fikrət Əsgərov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər Heydər Əliyev irsi, onun həmişəyaşar ideyaları, Azərbaycan dövləti və xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlər barədə çıxış ediblər.



Teqlər:  





Xəbər lenti