“Heydər Əliyev mənim həyatımda” - FOTOLAR

“Heydər Əliyev mənim həyatımda” - FOTOLAR
  03 May 2013    Oxunub:1690
Azərbaycan” qəzeti redaksiyasının hazırladığı “Heydər Əliyev mənim həyatımda” adlı iki cilddən yeni variantının təqdimat mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov, Baş nazirin müavini Əli Həsənov, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, AMEA-nın vitse prezidenti millət vəkili İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, millət vəkili Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Heydər Əliyevin Azərbaycan həyatında rolu və kitab haqqında fikirlərini bölüşüb.

Qəzetin “Azərbaycan qədər əbədi” silsiləsindən nəşr etdirdiyi və Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi bu kitab 8 il öncə işıq üzü görən eyniadlı kitabın təkmilləşdirilmiş və genişləndirilmiş ikicildlik nümunəsidir.

İkicildliyin məsləhətçisi və “Ön söz” ün müəllifi PA rəhbəri akademik Ramiz Mehdiyevdir. Tarix elmləri doktoru, professor Əli Həsənovun redaktoru olduğu kitabın buraxılışa məsulu Azərbaycan qəzetinin baş redaktoru millət vəkili Bəxtiyar Sadıqov, tərtibçisi isə “Azərbaycan “ qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlidir.

Qeyd edək ki, kitabın hər cildi 7 fəsildən ibarətdir.

Anar

Qalereya




Teqlər:  





Xəbər lenti