Elman Abdullayev beynəlxalq ictimaiyyətə səsləndi

Elman Abdullayev beynəlxalq ictimaiyyətə səsləndi
  03 May 2013    Oxunub:1449
XİN rəsmisi beynəlxalq ictimaiyyəti Qarabağ üzrə status-kvoya dəyişiklik məqsədilə ciddi addımlar atmağa çağırıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsində status-kvoya dəyişiklik istiqamətində səylərini əsirgəməməyə çağırıb.

“Azərbaycan Cənubi Qafqaz regionunun inkişafı üçün öz potensialından istifadə edir, lakin hələ də həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsi regional inkişafa mane olur”-deyə Elman Abdullayev Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin tərkibində ABŞ-a rəsmi səfəri çərçivəsində Hariman Kolumb Institutunda keçirilən “dəyirmi masa” ətrafında çıxışı zamanı bildirib.

XİN rəsmisi qeyd edib ki, beynəlxalq ictimaiyyət hələ də Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına biganə yanaşır. E. Abdullayev bu ölkənin işğalçılıq siyasətinə qarşı ədalətli şəkildə reaksiya göstərməyin vacibliyini qeyd edib.

Görüş zamanı Amerika-Azərbaycan əlaqələrinin və regionda davam edən proseslərin inkişafı məsələləri də müzakirə edilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti