Ukraynada seçki həyəcanı - Xalq Cəbhəsi yenə öndədir

Ukraynada seçki həyəcanı - Xalq Cəbhəsi yenə öndədir
  28 Oktyabr 2014    Oxunub:1677
Ukraynada bazar günü keçirilən seçkilərin nəticələri hesablanır.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda protokolların 80.17 faizi hesablanıb.

Hazırda baş nazir Arseniy Yatsenyukun liderlik etdiyi “Xalq Cəbhəsi” 21,94%-lə irəlidədir. Ölkə prezidenti Pyotr Poroşenkonun bloku isə seçicilərin 21,60%-nin səsini toplayıb.

Ukrayna MSK-nın məlumatına görə, Radaya daha dörd partiya daxil ola bilib. Bunlar 11,06% səslə Lvov şəhər meri Andrey Sadavovun “Özünəkömək”, 9,53% - lə “Müxalifət bloku”, 7,42% səslə “Oleq Lyaşkonun radikal partiyası” və 5,68% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi

Digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti