Heydər Əliyev beynəlxalq konfransda anılacaq

Heydər Əliyev beynəlxalq konfransda anılacaq
  02 May 2013    Oxunub:3051
Qonaqlar Bakının tarixi abidəsi olan İçərişəhərdə gəzintidə olacaqlar.
04-05 may 2013-cü il tarixlərində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Konfransda Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin, Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenko, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Fuad Hacıyev, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Qulu Novruzov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Ukrayna və Rusiyadan gənclər təşkilatlarının nümayəndə heyətləri iştirak edəcəklər.

Konfrans Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində keçiriləcək. İki gün davam edəcək konfransda “Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasətinin formalaşdırılmasında Heydər Əliyevin rolu” müzakirə olunacaq.

Konfrans iştirakçıları öncə Fəxri xiyabanda ulu öndər, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. İki gün davam edəcək konfransda "Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasətinin formalaşdırılmasında Heydər Əliyevin rolu" müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti