Ermənistanın məhkəmə təxribatı...

Ermənistanın məhkəmə təxribatı...
  28 Oktyabr 2014    Oxunub:1728
Ermənistanın bu görüş üçün təxribat hazırlayacağı əvvəlcədən bəlli idi. Təsadüfi deyil ki, rəsmi İrəvan azərbaycanlı girovları bu gün məhkəmə qarşısına çıxardı. Həmyerlilərmizin məzkəmə zalına gətirilməsi də qıcıq dolu idi.

ANS TV-nin məlumatına görə, Şahbaz Quliyev və Dilqəm Əsgərov işğal altında olan Kəlbəcər rayonun məhkəməsinə gözləri bağlı və xüsusi təyinatlıların nəzarətində gətirildilər.

Onlara qarşı sürülən ittihamlar arasında işğal altında olan torpaqlara bir neçə dəfə keçmək və guya erməni yeniyetməni öldürmək də var idi. Erməni saytları yazır ki, Dilqəm Əsgərov qanunsuz silah daşıma, pul, sənəd və mal-qara oğurluğunu etiraf edib, casusluq və yeniyetməni öldürməsi ilə bağlı ittihamı isə qəbul etməyib. Maraqlısı odur ki, məhkəmə prossesinin beynəlxalq qanunlar çərçivəsində həyata keçirildiyini deyən rəsmi İrəvanda girov saxladıqları vətəndaşlarımızın hüquqlarını müdafiə etməyi də erməni vəkilə tapşırblar. Səslənməsi qədər məntiqi baxımından da gülünc olan bu fakt elə özlüyündə sübut edir ki, bu ermənilərin qurduğu növbəti təxribatdır. Axı bir erməni vəkili öz dövlətinə qarşı az qala terrorçuluqda günahlandırılan iki Azərbaycan vətəndaşının hüququnu nə dərəcədə müdafiə edə bilər?

Girovluqda olan bu iki nəfərin Azərbaycan torpağında saxlanıldığını xüsusi ilə vurğulayıram. Beynəlxalq hüquq isə bir ölkə vətəndaşının öz ölkəsində azad gəzməsinə görə, mühakiməyə yol vermir. Deməli məqsəd başqadır.

Hüquq müdfiəçisi Çingiz Qənizadənin sözlərinə görə, belə olan halda, məhkəmədən söhbət gedə bilməz: “Ermənilər burada sadəcə müəyyən ittihamlar düzəltməklə, məhkəmə səhnəsi yaradıb. Əslində bir siyasi səhnə yaratmaqla guya bu adamları ittiham etməklə, əslində tanınmayan separatçı dövlətin dövlət olduğu anlamını cəmiyyətə və beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışacaqlar”.

Elə bu səbəbdən də, Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş Azərbaycan torpağında vətəndaşımızın məhkəməyə çıxarılmasını qəbul etmir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyir ki, rəsmi Bakı bunu məhkəmə prossesi adlandırmır: “Yəni biz heç bu məhkəmənin qərarını da gözləmirik. Qeyd edilən şəxslərin azad edilməsi istiqamətində Azərbaycan Respublikası tərəfindən bir sıra addımlar atılır. Belə ki, beynəlxalq təşkilatlara müraciət edilib. Hətta ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qarşısındada məsələ qaldırılıb. Və Beynəlxalq Qızıl Xaç Komitəsiylə də bu mövzuda təmaslarımız davam etdirilir”.

Məsələylə bağlı Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) də müraciət etdik. Onların bu prossesi nə qədər yaxından izlədiyini öyrənməyə çalışsaq da aldığım cavab bu oldu.

“Beynəlxalq Qızıl Xaç Kommitəsinin iş prinsipi odur ki, baş çəkmələr zamanı gördüklərini ictimaiyyətə açıqlamır. Ümumiyyətlə Beynəlxalq Qızıl Xaç Kommitəsi keçiriləcək bu məhkəmə barədə heç bir şərh vermir və məlumat mənbəyi deyil” – deyə BQXN-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova deyib.

Girovların azad edilməsi məsələsinin prezidentlərin Paris görüşündə müzakirə predmeti olacağı gözlənilir. Görüşdən əvvəl rəsmi Bakı bu məsələnin qaldırılacağını bəyan etmişdi.



Teqlər:





Xəbər lenti