Kəlbəcər girovlarının qondarma “məhkəmə”dəki çıxışları – FOTO, VİDEO

Kəlbəcər girovlarının qondarma “məhkəmə”dəki çıxışları – FOTO, VİDEO
  27 Oktyabr 2014    Oxunub:3880
Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov Qarabağ separatçıları tərəfindən təşkil edilən “məhkəmə” də çıxış ediblər.

Erməni KİV-nin yaydığı məlumata görə, azərbaycanlı girovların rus-dili ilə bağlı problemləri olub, lakin onlara tərcüməçi təyin edilməyib. Dilqəm Əsəgrov və Şahbaz Quliyev onlara qarşı irəli sürülən ittihamların böyük əksəriyyətini rədd ediblər, lakin müstəntiqlər onların gənc Smbat Çakanyanı öldürdüklərini “etiraf” etməyə müvəffəq olublar.

Quliyev 90-cı illərin sonunda Rusiyaya qazanc dalınca getdiyini deyib. O, burada öz avtomobilindən edilən oğurluğa görə, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin sonradan ona bəraət verilib. 2004-cü ildə o, Permdə həyat yoldaşı Albina ilə tanış olub. Elə həmin il Quliyev Əsgərovla münasibətlərini bərpa edib. Əsgərov ona Qarabağa getməyə təklif edib.



“Bakıya qayıtdıqdan sonra ehtiyac içərisində yaşayırdım”, - deyə Quliyev şikayətlənib. Həsən Həsənovla isə 2013-cü ildə tanış olub.

Daha sonra müttəhim qrupun əraziləri neçə keçdiyi, çaylar kənarlarında gecələmələr, meyvələr topladıqlarını detallı şəkildə izah edib. Günlərdən birində Dilqəm xəstələndi. O, özünü yaxşı hiss etdikdən sonra isə qrup hərəkətini davam etdirdi. Quliyevin sözlərinə görə, Smbat Çakalyanın oğurlanması anını görməyib. Bir müddət keçdikdən sonra (istintaqın məlumatına görə, Smbat Çakanyan 4-7 iyul tarixlərində azərbaycanlıların əlində olub) Əsgərov “oğlanı öldürməli olduqlarını” bildirib.

Quliyev həmçinin qətl anını görmədiyini də bildirib. Onun “sözlərinə” görə, o atəş səsi eşidib və geri döndükdə artıq oğlanın yolun ortasında uzandığını görüb. Quliyev kimin atəş açdığını görmədiyini də bildirib. İstintaqın əldə etdiyi məlumatlara görə, silaha səsboğucu vasitə qurşadılıb. Quliyevin sözlərinə görə, Həsənov və Əsgərov nə iləsə bağlı mübahisə ediblər. Lakin o mübahisənin nə üstə düşdüyünü bilmədiyini vurğulayıb.

Müttəhim həmçinin hərbi forma və sənədləri, o cümlədən buzovu necə oğurlamaqları barədə də danışıb.

Qrup Kəlbəcərə çatıb. Bu zaman Əsgərov kamera ilə şəhərə gedib, lakin burada onu görüblər. Onlar yolda iti olan oğlan uşağı görüblər. Quliyev ona yalan deyərək Gürcüstandan gəldiklərini və adının Aleksey olduğunu bildirib Oğlanın atası onlara çay və kofe də təklif edib.

Daha sonra biri hərbi digəri isə mülki formada olmaqla iki şəxs onlara yaxınlaşıb. Quliyevin sözlərinə görə, mülk formada olan şəxs ona hücum edib. Sonra baş verənləri isə o xatırlamır.

AzVision.az girovların məhkəmə zalında çəkilən videonu oxuculara təqdim edir:



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti