Olland Sarkisyanla görüşür
Məlumata görə, bu gün Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Fransa prezidenti Fransua Ollandın təklifi ilə baş tutacaq görüşdə gözlənildiyi kimi əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi və münaqişənin həlli məsələləridir. Görüş Parisin məşhur Yelisey sarayına baş tutacaq. Fransua Olland əvvəlcə prezidentlərlə ayrı-ayrılıqda görüşdükdən sonra isə axşam saatlarında 3 tərəfli görüş keçiriləcək. Daha sonra isə Minsk Qrupunun həmsədrləri də görüşə qatılacaqlar.
Eldar Tanrıverdiyev