İŞİD-in yeni qənimi - `Ağ kəfənlilər`

İŞİD-in yeni qənimi - `Ağ kəfənlilər`
  27 Oktyabr 2014    Oxunub:2602
“Ağ kəfənlilər” təşkilatı Suriyanın Mosul şəhərində İŞİD əmirlərindən olan Əbu Huzifəni və onun 17 nəfər mühafizəçisini öldürüb.
AzVision.az xəbər verir ki, ötən gün axşam saatlarında ağ libas geyinmiş silahlı qruplaşma əmirin evinə hücum edib. Hücumdan sonra davam edən beş dəqiqəlik atışmada əmir və onun mühafizəçiləri öldürülüb. Onlar “İraq və Suriyada vəhşilik törədən İŞİD-in sonu ölümdür” şüarını səsləndirərək hadisə yerindən uzaqlaşıb.

Əmirin ölümündən sonra İŞİD qüvvələrinin Baasi məhəlləsini tamamilə mühasirəyə aldığı və bütün evlərdə axtarış apardığı bildirilir.

Qeyd edək ki, “Ağ kəfənlilər” bir neçə gün əvvəl də Suriyanın Deyr əz-Zor şəhərində 100 İŞİD-çinin boğazını kəsərək öldürmüşdü.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti