İŞİD kamikadzelər hazırlayır
Bağdaddan 40 kilometr qərbdə yerləşən və sünnilərin üstünlük təşkil etdiyi şəhərin ordu tərəfindən geri alınacağı gözlənilir.
Fəllucənin növbəti hədəf olduğunu öyrənən İŞİD isə ordunu kamikadzelərlə təhdid edib. Belə ki, terror təşkilatı şəhərin 100 kamikadze ilə mühafizə olunacağını bəyan edib. Şəhərdə anonslar edən İŞİD liderləri təşkilat üzvlərini şəhərin təslim olmayacağına inandırmağa çalışıb: “Qorxmayın. Sakxarda olanlara görə narahat olmayın. Əylənin. Fəllucə üçün 100 kamikadze hazırlanır. Lazım gələrsə, daha da çox var”.
Qeyd edək ki, Ənbar vilayətində olan Fəllucə şəhəri yanvarın 4-dən İŞİD-in əlindədir.
Fatimə Kərimli