Məşhur futbolçu qətlə yetirildi

Məşhur futbolçu qətlə yetirildi
  27 Oktyabr 2014    Oxunub:3100
Futbol üzrə Cənubi Afrika Respublikasının (CAR) qapıçısı və kapitanı Senzo Meyiva Yohannesburq şəhəri yaxınlığında qətlə yetirilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Cinayət hadisəsi Veslurus qəsəbəsi yaxınlığında törədilib. İki naməlum şəxs Meyivanın qaldığı evə gəlib. Meyiva və onlar arasında mübahisə yaranıb. Naməlum şəxslər futbolçuya atəş açaraq hadisə yerindən uzaqlaşıblar. Meyiva xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

27 yaşlı Meyiva Cənubi Afrikanın “Orlando Payrets” klubunda çıxış edib. Son 4 oyunda isə o, CAR millisinin kapitanı olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti