Poroşenko yenə vəd verdi

Poroşenko yenə vəd verdi
  27 Oktyabr 2014    Oxunub:1497
Ukrayna prezidenti Petr Poroşenko növbəti dəfə Donbasa sülh gətirəcəyini, hakimiyyəti yeniləyəcəyini və parlamentdə avropayönümlü koalisiya yaradacağını vəd edib.
AzərTAc TASS agentliyinə istinadla xəbər verir ki, Radaya keçirilən seçkilərdə Kiyevdəki məntəqələrin birində səs verən P.Poroşenko Ukrayna xalqının şüurlu seçim edəcəyinə ümid bəslədiyini bildirib. Ölkənin cənub-sərqindən yenicə qayıtdığını deyən prezident qeyd edib ki, orada seçkilər ciddi qanun pozuntusuna yol verilmədən keçirilir. “Donbasda çoxlu miqdarda seçki məntəqələrinin açılmadığına dair yayılan şayiələr həqiqətə uyğun deyil, – prezident deyib, - orada seçicilərin seçkilərdə iştirakını Kiyevlə müqayisə etmək olar”.

P.Poroşenko, həmçinin seçicilərin onun avropayönümlü siyasətini dəstəkləyəcəyinə ümidvar olduğunu qeyd edib: “Ümid edirəm ki, avropayönümlü koalisiya yarada biləcəyəm və biz Donbasa sülh gətirəcək güclü ölkə qurmağa nail olacağıq”.


Teqlər:





Xəbər lenti