Araz Əzimov Xankəndi aeroportundan danışdı

Araz Əzimov Xankəndi aeroportundan danışdı
  02 May 2013    Oxunub:1097
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rola malikdir”
AzVision.az xəbər verir ki, bu sözləri Ankarada jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan Əzimov qrupun işinin ürəkaçan olmadığını deyib.

Xankəndi aeroportunun açılmasına münasibət bildirən XİN rəsmisi bunu mümkünsüz adlandırıb: “Ermənistan nə qazandığını və nələri itirə biləcəyini anlamalıdır”.

Sonda Araz Əzimov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rola malik olduğunu bir daha vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti