Sərkisyan Əliyevlə görüşə gedir

Sərkisyan Əliyevlə görüşə gedir
  26 Oktyabr 2014    Oxunub:1868
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya səfər edəcək.

AzVision.az xəbər verir ki, Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə keçiriləcək görüş üçün bu gün Parisə yola düşəcək. Görüş Fransa prezidenti Fransua Ollandın dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində S.Sarkisyan sabah Ollandla görüşəcək. Görüşdə Fransa-Ermənistan münasibətləri, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunacaq. Daha sonra Ollandın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək.

Görüş Yelisey sarayında olacaq. Fransua Olland əvvəlcə prezidentlərlə ayrı-ayrılıqda, sonra isə 3 tərəfli görüş olacaq. Daha sonra isə Minsk Qrupunun həmsədrləri də görüşə qatılacaqlar. Yelisey sarayında üç dövlət başçısının Qafqazın gələcəyinə dair daha geniş mövzu ətrafında diskussiyalar aparacaqları xəbər verilir.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti