Dünya təşvişdə: Ebola Afrikanı qırır

Dünya təşvişdə: Ebola Afrikanı qırır
  26 Oktyabr 2014    Oxunub:1486
Ebola qızdırmasının təsdiq edilməsi, ehtimalı və şübhəsi ilə bağlı halların sayı artaraq 10 min 141-ə çatıb. 4922 nəfər dünyasını dəyişib.
Bu məlumatı oktyabrın 25-də Dünya Səhiyyə Təşkilatı (DST) yayıb.

Bu infeksiyaya yoluxan insanların böyük əksəriyyəti üç ölkənin - Qvineya, Liberiya və Syerra-Leonenin payına düşür. Həmin ölkələrdə virusa 10.114 nəfər yoluxub, 4912 adam ölüb. Qeyd edək ki, Ebola virusuna qarşı hər hansı vaksin və ya dərman qeydiyyata alınmayıb.

Ən ağır vəziyyət Liberiyadadır. Burada 2705 ölüm faktı qeydə alınıb, 4665 adam virusa yoluxub. Ölkənin 64 mahalının 63-də mövcud epidemiya çərçivəsində kəskin virus infeksiyasının yayılması halları, ölüm səviyyəsi 70 faizi ötüb.

Hesabatda Nigeriya, Seneqal, İspaniya və ABŞ-dakı vəziyyət ayrı-ayrılıqda nəzərdən keçirilir. Bu ölkələrdə virusun adı çəkilən ölkələrdən gətirilməsi halları qeydə alınıb. Nigeriya və Seneqalda epidemiya bütünlüklə başa çatmış elan edilib. İspaniyada bir xəstə sağalıb və onun ünsiyyətdə olduğu 83 adamın vəziyyəti izlənilir. ABŞ-da dörd yoluxma və bir ölüm faktı qeydə alınıb, 262 adam müşahidə altındadır.

Hesabatda o da vurğulanır ki, Malidə Ebola virusu aşkar edilən ikiyaşlı qız ölüb. Ölkədə 43 adam nəzarət altındadır. Ölkədə sərbəst hərəkət edən xəstə qızın çoxlu sayda insanı yoluxdura biləcəyindən ehtiyatlanan DST daha əvvəl Malidəki durum “fövqəladə vəziyyət” kimi qiymətləndirib.


Teqlər:





Xəbər lenti