Ərdoğandan BMT-lə bağlı önəmli çağırış

Ərdoğandan BMT-lə bağlı önəmli çağırış
  25 Oktyabr 2014    Oxunub:1412
Dünyada baş verən dəyişikliklər BMT-nin strukturunda islahatların aparılmasını zəruri edir.
AzVision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, BMT qlobal səviyyədə fundamental problemlərin həlli üçün strukturunu dünyadakı mövcud vəziyyətə uyğunlaşdırmalıdır.

Ərdoğan xatırladıb ki, Türkiyə BMT-nin əsasını qoyan ölkələr siyahısında olub: “Yalnız beş ölkənin beynəlxalq əlaqələri idarə etməsi ədalətsizlikdir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti