İrana nota verdik

İrana nota verdik
  02 May 2013    Oxunub:1487
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana nota verib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib.

Qeyd edək ki, İran tərəfi artıq şifahi şəkildə iki Azərbaycan vətəndaşının saxlanılmasını təsdiq edib.Qeyd edək ki, dünən İranda azərbaycanlı elmi yazıçı Xalidə Xalid və onun köməkçisinin saxlanıldığı barədə məlumat yayılıb.

«Oyannews»un məlumatına görə, Xalidə Xalid və yardımçısı aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Saxlanan azərbaycanlı fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.



Teqlər:  





Xəbər lenti