Dünyanın 10 nüfuzlu ermənisi - Siyahı

Dünyanın 10 nüfuzlu ermənisi - Siyahı
  24 Oktyabr 2014    Oxunub:6781
Dünyada uğur qazananın erməni biznesmeninin olmadığı ölkə tapmaq olduqca çətindir.

“Time to Analyze” informasiya-analitik portalı 10 nüfuzlu erməni sahibkarın siyahısını hazırlayıb. AzVision.az həmin siyahını oxuculara təqdim edir:



1. Kirk Krkoryan (ABŞ) – ABŞ-da ən böyük korporasiyalardan biri “Tracinda Corporation” banisi və prezidenti. 1978-ci ildə “Time” jurnalı Kirk Krkoryanı ölkənin ən müvəffəqiyyətli iş adamı adlandırıb. Krkoryan “Chrysler” və “Ford Motor Company” avtomobil şirkətlərinin səhmlərinin sahibi olub. Bu gün Krkoryanın şirkəti Nevada və Kaliforniya ştatlarında böyük oyun evlərini (MGM Grand, Flamengo, International Hotel) idarə edir. 2005-ci ildə “Washigton Post” qəzeti ABŞ-tarixində oyun biznesi sahəsində ən uğurlu iş adamları siyahısında Krkoryanı ikinci yerdə göstərib. (Birinci yerdə Benjamin Siqelbum) Krkroyan “United Armenian Found” və “Lincy Foundation” fondlarının əsasını qoyub. “Armenian Bar Co” məlumatına görə, 1988-2011-ci illərdə Krkoryan Ermənistan və “Dağlıq Qarabağ”a xeyriyyə məqsədilə 5 milyard dollardan artıq vəsait ayırıb. Ona Ermənistanın Milli Qəhrəmanı adı verilib.



2. Stiven Kandaryan (ABŞ) – “MetLife” Beynəlxalq Sığorta Şirkətinin prezidenti. Rəsmi olaraq Kandaryan 25 milyard dollar dəyərində sərvətə malikdir. “Fortuna” jurnalı tərəfindən hazırlanan dünyanın nüfuzlu 500 şirkəti siyahısına daxil olan ilk 100 şirkətdən 90%-i “Metlife” şirkətinin korporativ müştəriləridir. “Metlife” şirkəti hazırda dünyanın ən nüfuzlu 500 şirkəti siyahısında 31-ci yeri tutur. Stiven Kandaryan məşhur xeyriyyəçilərdən biridir, lakin o öz fəaliyyətini nümayiş etdirmir. O, hər il Ermənistan Xeyriyyə Fonduna milyonlarla dollar köçürür. Onun şirkəti ABŞ-da fəaliyyət göstərən aparıcı lobbist qruplara yardım edir.




3. Edurdo Ernekyan (Argentina) – “American International Airports” və “Aeropuertos Argentina 2000” şirkətlərinin prezidentidir. Ernekyanın şirkəti Argentina 32 və Uruqvay, Ekvador və Ermənistanda isə əsas hava limanlarını idarə edir. Məhz Eduardo Ernekyanın investisiyaları (200 milyon dollar) hesabına “Zvartnoç” hava limanın köhnə terminalı yenidən qurulub.
2007-ci ilin fevralında Ernekyan “Konvers-bank” QSC-nin (Ermənistan) səhmlərini alıb. Bu gün o, Argentinanın ən varlı biznesmenidir. O, həmçinin Cənubi Amerikada ən varlı biznesmenlər siyahısında ilk beşliyə daxildi. Ernekyan Cənubi Amerikada fəaliyyət göstərən erməni təşkilatlarının əsas maliyyə donorudur. Son 5 ildə o, Ermənistan və “Dağlıq Qarabağ”ın müxtəlif fondları hesabına milyonlarla dollar vəsait keçirib. 2011-ci ildə Bütün Ermənilərin Katolikosu II Qaragen Argentinaya səfəri zamanı Eduardo Ernekyana “Eçmiadzenin müqəddəs rıtsarı” titulunu verib.



4. Hevorq Ovanyan (ABŞ) . 1959-cu ildə Hevorq və Qrayr, Kirayr və Vaaqn qardaşları Nyu-Cersidə ən böyük tikinti şirkəti olan “Hovnanian Enterprises Inc”-in əsasını qoyurlar. Artıq 1989-cu ilə qədər şirkət 30000 mindən çox ev və mənzil tikib, 1989-2009-cu illərdə isə 200000 mindən çox mənzil satılıb. Hazırda bu şirkət ABŞ-ın ən böyük və nüfuzlu şirkətlərindən biridir. Qevorq Ovnanyan Nyu-Cersidə ən böyük erməni kilsəsinin tikintisinə vəsait ayırıb. 1988-ci ildə Ermənistanda baş verən güclü zəlzələdən sonra Hevorq və onun qardaşları zəlzələdən ziyan çəkənlərə böyük həcmdə humanitar kömək götürüb. 1991-ci ildə Qevorq Ovnanyan hazırda Nyu-Yorkda Ermənistanın BMT-dəki missiyasının yerləşdiyi binanı Ermənistan hökumətinə hədiyyə edib. 2006-ci ildə Hevorq Ovnanyan Ermənistan Kömək Fonduna 2 milyon dollar yatırıb.



5.Cerard Qafescyan (ABŞ) – Dünyaca məşhur “West Publishing” nəşriyyatının vitse-prezidenti və direktorlar şurasının üzvü. Cerard Qafesçyanın bilikləri və səyləri hesabına “West Publishing” bazarda daha çox tanındı, onun əməkdaşları isə 2000-dən 6500-ə çatıb. Qafesçyan ermənilərin ABŞ-dakı diasporasının aktiv üzvüdür, 2003-cü ildə o Vaşinqtonda yerləşən “erməni soyqırımı” abidəsinin yerləşdiyi binanın alınması və təmirinə 20 milyon dollar ayırıb. Qafescyan Ümumerməni Xeyriyyə Fondunun əsas donorlarından biridir. Hazırda onun fondu Ermənistanda hidrogen və günəş enerji mənbələrinin qurulmasına milyonlar dollar həcmində vəsait xərcləyir.



6. Vaçe Manukyan (Böyük Britaniya) – Dərman preparatları və biotexnologiyalar istehsalı ilə məşğul olan “MARS” holdinqinin banisi və prezidenti. Vaçe Manukyan uzun müddət Bruney şahzadəsinin etibar etdiyi şəxs olub. İngiltərəyə köçdükdən sonra o, “HSBC” bankının baş direktorunun müşaviri olub. 2002-c ildə o, “Big Ben” yaxınlığında və Londonda mərkəzin yerləşən “Adelfi” otelinin sahibi olub. Vaçe Manukyan “Manukyan və Ermənistan” xeyriyyə fondunun yaradıcısıdır. Fondun vəsaiti hesabına Londonda yerləşən Müqəddəs Yeqiş erməni kilsəsi təmir olunub. Manukyan ermənilərin Böyük Britaniyada bir çox mədəni layihələrini dəstəkləyir, qədim Ermənistan tarixi barədə kitabların nəşr olunmasına sponsorluq edir. Manukyan Nork-Maraşda yerləşən tibbi kardioloji mərkəzin sponsorlarından biridir. O, həmçinin erməni tələbələrin Harvard və Oksford universitetlərində təhsil almasına da sponsorluq edir.



7. Serj Çuruk (Fransa) – Beynəlxalq telekommunikasiya nəhəngi olan “Alcatel” şirkətinin icraçı direktoru. 1980-1986-ci illərdə kimyəvi-əczaçılıq sahəsində fəaliyyət göstərən beynəlxalq “Rhone-Poulenc” şirkətində rəhbər vəzifələrdə çalışıb. 1986-1990-ci illərdə “Orkem” kimyəvi şirkətinin sədri və icraçı direktoru işləyib. 1990-1995-ci illərdə neft sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Total” şirkətinin sədri və icraçı direktoru işləyib. Çuruk Fransada olan erməni diasporunun ən parlaq nümayəndələrindən birdir. Çuruk hər il ümumerməni fondu olan “Ayastan” fondunun hesabına külli miqdarda vəsait ayırır.



8. Sarkis İzmirlyan (Baham adaları) – Baham adalarında yerləşən Karib hövzəsi ölkələri tarixində ən böyük kurort olan “Baha Mar”ın banisi və prezidentidir. İzmirlyan ailəsi ABŞ (Flarida ştatı), Fransa və Yaponiyada tikinti şirkətləri şəbəkəsini idarə edir. Ailənin başçısı Tiqran İzmirlyan dünyada yerfindığı ticarətinə nəzarət edir. 2005-ci ildə Sarkis İzmirlyan Böyük Britaniyada daşınmaz əmlak tikintisi ilə məşğul olmağa başlayıb. Onun şirkəti London meriyasının da yerləşdiyi 13 akr torpağın sahibidir. Hər il hər il ümumerməni fondu olan “Ayastan” fondun hesabElit və brend saatlar üzər ına külli miqdarda vəsait ayırır.



9. Vartan Sarmakeş (İsveçrə) – Elit və brend saatların istehsalı üzrə “Franck Muller” beynəlxalq təşkilatının icraçı direktoru. Hazırdavardan Sarmakeşin 7 brendi var və İsveçrədə 14 istehsal bölməsi rəhbərlik edir. O, “ArmSwissBank”-ın prezidentidir. Hər il Sarmakeş İsveçrədə olan erməni diasporunun fəaliyyəti üçün külli miqdarda vəsait ayırır. Hazırda Ermənistanda “Franck Muller” şirkətinin rəsmi nümayəndəliyi var. Sarmakeş uzun müddət “Ararat” klubunun sahibi olub və Ermənistan futbolunun inkişafına vəsait ayırıb. Ermənistan prezidentinin sərəncamı ilə Sarmakeş Ermənistan Respublikasının Fransadakı baş konsulu təyin edilib.



10.Levon Ayrapetyan (Rusiya) – “Sobesednik” nəşriyyat evinin direktorlar şurasının sədri. Postsovet məkanında ən nüfuzlu erməni filantroplarındandır. Onun maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ”da 700 cütlüyün eyni zamanda toyu keçirilib. O, “Dağlıq Qarabağ”da yaşayan gənc ailələrə yardım edən fondun əsasını qoyub. Belə ki, ailədə ilk uşaq doğulanda 2000, ikinci uşağa – 3000, üçüncü uşağa 5000, dördüncü uşağa görə isə 10000 ABŞ dolları ödənilir. Ümumilikdə erməni iş adamı “Dağlıq Qarabağ”ın inkişafına 3 milyon dollar vəsait ayırıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti