Çexiya prezidenti Bakıya gəlir

Çexiya prezidenti Bakıya gəlir
  24 Oktyabr 2014    Oxunub:1487
Çexiya prezidenti Miloş Zeman 2015-ci ilin fevral-mart aylarında Azərbaycana səfər edəcək.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Praqada səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Çexiyadakı səfir Fərid Şəfiyev deyib.

O bildirib ki, dekabrın əvvəlində Çexiyanın ticarət və sənaye naziri də Azərbaycana səfər edəcək: “Həmin səfər zamanı Biznes Forumun keçirilməsi planlaşdırılır”.

F.Şəfiyev əlavə edib ki, Çexiya və Azərbaycan arasında əlaqələr yaxşı inkişaf edir: “Gələn il Çexiya prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır. Kənd təsərrüfatı və sənaye sahəsində də əlaqələr prioritetdir. İki ölkə arasında dostluq münasibətləri mövcuddur”.


Teqlər:  





Xəbər lenti