ABŞ İŞİD-ə qarşı hərbi baza yaradır

ABŞ İŞİD-ə qarşı hərbi baza yaradır
  23 Oktyabr 2014    Oxunub:1700
ABŞ İraq Kürdüstanında Harir aeroportunda hərbi bazanın yaradılmasına başlayıb.
AzVision.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, baza Ərbil şəhərindən 50 kilometr şimalda yerləşəcək.

“Harir şəhər rəhbərliyi artıq hərbi bazanın yerləşəcəyi ərazidə fəaliyyət göstərən şirkətlər və ticarət obyekt sahiblərinə ərazini bir həftə ərzində tərk etmək barədə xəbərdar edib”, - deyə Ərbildə olan hərbi mənbə bildirib.

ABŞ hərbçiləri bu bazadan İŞİD-ə qarşı mübarizə aparmaq üçün istifadə edəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti