MTRŞ: “Normaları pozanlar cərimə oluna bilər”
Bədii şura ilə bağlı danışan N.Məhərrəmli bildirib ki, artıq bütün televiziyalarda bədii şura yaradılmasına başlanıb.
“Sabah bu barədə geniş müzakirə olunacaq. Təkcə burada Azərbaycan dili normalarının pozulması olmayacaq. Burada həm də musiqi normalarının pozulması və yaxud milli-mənəvi dəyərlərin pozulması da daxildir”
MTRŞ sədri bildirib ki, bu gün televiziyalarda milli-mənəvi dəyərlərin pozulması ilə bağlı məsələdə gündəmdədir: “Bəzən radiolarda başqa dillərdən istifadəyə yol verilir. Amma Azərbaycan dili dünyanın zəngin dillərindəndir. Öz dilimizdən istifadə edə bilməyənlər ana dilini tam bilməyənlərdir”
Bu normaların pozulduğu halda cərimələrin tətbiq olunması məsələsinə də münasibət bildirən N.Məhərrəmli bildirib ki, “bu gün biz daha azad şəkildə inkişaf edirik, bu cərimələr ola bilər sadəcə bu cərimələr insanları qorxutmalı deyil”.
Anar