“Jurnalistlər üçün bina 22 iyula hazır olacaq”
V. Səfərli bu günə qədər mətbuatın keçdiyi tarix yolundan danışıb. O, bildirib ki, bu gün ölkə rəhbərinin mətbuata böyük qayğısı var. “Prezident İlham Əliyev tərəfindən mətbuat işçilərinə hər zaman qayğı, diqqət göstərilir. Onların ailə-məşiət şəratinin yaxşılaşdırılması üçündə işlər görülür”.
Jurnalistlər üçün tikilən binadan da danışan Vüqar Səfərli bildirib ki, binanı Milli Mətbuat gününə qədər hazır etmək istəyirlər. “Biz bu binanı 22 iyul Mətbuat gününə hazır etmək istəyirik. O vaxta isə hələ 2 aydan çox müddət qalıb. İnanırıq ki, o vaxta biz binanı hazır edəcəyik”
Anar