Papa gələn həftə Türkiyəyə gedir
Sayca 6-cı xarici ölkə səfəri olan Fransisk Vatikan tarixində Türkiyəyə səfər edən 4-cü Papadır.
Səfər çərçivəsində onun Rəcəb Tayyib Ərdoğandan başqa baş nazir Əhməd Davudoğlu və Diyanət İşləri Başqanı Mehmet Görməzlə görüşəcək.
Papanın Ayasofya muzeyini və Sultanəhməd məscidini ziyarət edəcəyi gözlənilir.
Daha sonra isə Rum-Provaslav Patriarxı Bartolomeslə təkbətək görüşəcəyi bildirilir.
Bazar günü – oktyabrın 30-da isə Papa İstanbulda Patriarxlığın qurulması ilə bağlı olaraq keçiriləcək Müqəddəs Corc Kilsəsindəki ayinə qatılacaq.
Fatimə Kərimli
Teqlər: