Azərbaycanlıların orqanlarını satan şəxslər yaxalandı

Azərbaycanlıların orqanlarını satan şəxslər yaxalandı
  21 Oktyabr 2014    Oxunub:2041
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyev də insan orqanları alveri ilə məşğul olan beynəlxalq cinayətkar qrupun fəaliyyətinə iştirakda şübhəli bilinən iki ölkə vətəndaşını saxlayıb.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

“Cinayətkarlar kənd yerlərində olan potensial donorları oğurlayaraq qeyri-qanuni yolla orqan transplantasiyası həyata keçirmək məqsədilə Asiya və Latın Amerika ölkələrinə aparıblar. 2010-2014-cü illər ərzində onlar 50 –yə yaxın Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiya vətəndaşını xaricə göndəriblər”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda bildirilir.

Saxlanılan şəxslərin günahı sübut olunacağı təqdirdə onlar 12 il müddətinə azadlıqdan məhrum edə bilər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti