“İran İŞİD-dən daha təhlükəlidir” - Netanyahu

“İran İŞİD-dən daha təhlükəlidir” - Netanyahu
  20 Oktyabr 2014    Oxunub:2250
İsrailin baş naziri Binyamin Netanyahu nüvə silahına malik İran İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatından daha təhlükəlidir.
AzVision.az-ın məlumatına görə, bu barədə İsrailin baş naziri “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.

“Dünya ölkələri nüvə məsələsində İranla saziş imzalaya bilər. Bu zaman rəsmi Tehran minlərlə sentrifuq olacaq. Bununla da o qısa zaman ərzində atom bombası yarada biləcək. Bu bütün dünya xüsusi ilə İsrail üçün böyük təhlükələr yaradacaq. Bu təhlükə isə İŞİD-dən qaynaqlanan təhlükələrdən dəfələrlə ciddidir” – deyə Netanyahu vurğulayıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti