Rusiyadan Qərbə hədə: “Biz Ukraynanı itirməyəcəyik”

Rusiyadan Qərbə hədə: “Biz Ukraynanı itirməyəcəyik”
  20 Oktyabr 2014    Oxunub:1946
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və Avropa Birliyinin Moskvaya yönələn sanksiyalarında əsas məqsəd Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq deyil.
AzVision.az-ın məlumatına görə, rusiyalı nazir hesab edir ki, sanksiyalarda məqsəd keçən əsrdən qalan “passiv müstəmləkə” yanaşması ilə Rusiyanı dəyişdirməyi hədəfləyirlər.

NTV kanalına müsahibə verən Lavrov vurğulayıb ki, Qərbdə bir çox insan bu siyasətin ziyanlı olduğunu başa düşür: “Rusiya sanksiyalar və bu siyasətlə dəyişikliyə getməyəcək. Biz Ukraynanı itirməyəcəyik. Ukrayna bizim üçün birgə tarix və mədəniyyətimiz olan qonşudur. Ortaq dil və ədəbiyyatdan isə heç danışmıram”.

Nazir qeyd edib ki, Minsk şəhərəində razılaşmanın əldə olunması üçün hamıdan çox çalışıb.

Fatimə


Teqlər:





Xəbər lenti